Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı dəyirmi masa təşkil edilib.

20 aprel 2024 | 21:26
Aprelin 19-u Kürdəmir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı dəyirmi masa təşkil edilib.
Tədbirdə rayonun icra başçısının müavini Vəsilə Əsgərli, Kürdəmir Peşə Liseyinin müəllim və şagird kollektivi, Dövlət Aqrar İnkişaf Mərkəzinin, Yaşıllaşdırma idarəsinin və digər müəssisələrin əməkdaşları iştirak ediblər.
Tədbirdə çıxış edənlər Azərbaycanda ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası, su ehtiyatlarından, dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində aparılan işlərdən və COP-29-un bu il Azərbaycanda keçiriləcəyi barədə söhbətlər aparıblar.
Keçidlər