Kürdəmirdə 2024-2025-ci tədris ilində ali təhsil müəssisələrinə yüksək balla qəbul olan məzunlarla görüş keçirilib.
28 avqust 2025 | 17:14
Kürdəmirdə 2024-2025-ci tədris ilində ali təhsil müəssisələrinə yüksək balla qəbul olan məzunlarla görüş keçirilib. Tədbirdə icra başçısı Elxan İbrahimov və Təhsil sektorunun müdiri Rəfail Məmmədov iştirak ediblər.
Çıxış edənlər məzunları təbrik edərək bu il rekord nəticələrin əldə olunduğunu vurğulayıblar. Görüşün sonunda tələbə adını qazanan gənclər Fəxri Fərmanla təltif ediliblər.






