Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib.

18 yanvar 2023 | 19:02

Yanvarın 18-də rayonun Heydər Əliyev Mərkəzində “20 yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda keçirilib.

Konfrans iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin foyesində 20 yanvar faciəsini özündə əks etdirən sərgiyə baxış keçiriblər.

Tədbir Ulu öndər Heydər Əliyevin, Azərbaycanın bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi  bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb və şəhər 2 saylı tam orta məktəbin şagirdləriinin hazırladığı kompozisiya ilə davam etdirib. Daha sonra konfrans iştirakçıları Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1990-cı il yanvarın 21-də Moskvada Azərbaycanın Daimi Nümayəndəliyindəki bəyanatının videoçarxına baxıblar.

Konfransda çıxış edənlər vurğulayıblar ki, 20 Yanvarda qanla boğulmuş və qismən əzilmiş xalq hərəkatının yenidən dirçəlişi və milli azadlıq mübarizəsi mərhələsinə keçməsi o zaman SSRİ rəhbərliyindən istefaya göndərilən və xüsusi təzyiq altında Moskvada yaşayan Heydər Əliyevin bu prosesə fəal qoşulmasından sonra xüsusi vüsət aldı.

 

Keçidlər