Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə 2 fevral – Gənclər Günü münasibətilə “Gənclər gələcəyimizdir” adlı tədbir keçirilib.

02 fevral 2024 | 17:01
Tədbirdə rayonun icra başçısının müavini Vəsilə Əsgərli, idarə və təşkilatlarının rəhbərləri və rayonun fəal gəncləri iştirak ediblər. Tədbirdən öncə iştirakçılar Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Gənclər evində davam edən tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə rayonun icra başçısının müavini Vəsilə Əsgərli və digərləri çıxış edərək gəncləri təbrik edib, onlara gələcək işlərində uğurlar arzu ediblər.
Sonra Uşaq incəsənət məktəbininin şagirdlərinin hazırladıqları konsert proqramı ilə davam edən tədbirdə rayonun bir qrup fəal gəncinə fəxri fərmanlar və təşəkkürnamələr təqdim olunub.
Keçidlər