Kürdəmirdə “2 Fevral - Gənclər Günü” münasibətilə dəyirmi masa keçirilib.
“2 Fevral - Gənclər Günü” münasibətilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli rayonun ictimai-mədəni həyatında fəal iştirak edən, müxtəlif qurumlarda çalışan gənclərlə görüş keçirib. İcra başçısı gənclərlə söhbətdə vurğulayıb ki, onlar vətənpərvər, savadlı, məsuliyyətli, vicdanlı, mübariz olmalı, ölkəmizin inkişafı naminə daima çalışmalıdırlar. Gənclər dövlətin gənclərə göstərdiyi diqqət və qayğıya görə təşəkkür edib, rayonun ictimai-siyasi, sosial və mədəni həyatına dair təkliflərini səsləndiriblər. Daha sonra diskussiya şəraitində keçən görüşdə gəncləri maraqlandıran suallar cavablandırılıb, onların gələcəkdə rayonla bağlı ideya və layihələri müzakirə edilib. Sonda bir qrup gəncə icra başçısı tərəfindən fəxri fərmanlar təqdim olunub, gənclərə birlikdə xatirə şəkili çəkdirilib.






