Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə "Açıq qapı" günü təşkil edilib.

18 may 2022 | 17:13
18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran regional filialında ənənəvi olaraq “Açıq qapı” günü təşkil edilib.
“Açıq qapı” günündə rayon sakinləri, şəhərin qonaqları, rayonun ümumtəhsil məktəblərindən, mədəni-maarif müəsisələrindən çox sayda ziyarətçilər muzeyin qonağı oldular və zəngin ekspozisiya ilə ödənişsiz tanış olmaq imkanı əldə etdilər. Eyni zamanda qonaqlar regionda yaşayan yazarların kitablarından ibarət sərgi ilə tanış oldular. Muzeyi ziyarət edən qonaqlar arasında həmçinin Kürdəmir rayon İcra Hakimiyyətinin Başçısı Elxan İbrahimov da vardı. İcra başçısı Beynəlxalq Muzeylər Günü münasibətilə muzey əməkdaşlarını və bütün ziyarətçiləri təbrik etdi və ekspozisiya ilə ətraflı tanışlıqdan məmnun qaldığını bildirdi. Gün ərzində muzeyi ziyarət edənlərə Azərbaycanın mədəni irsi, qədim tarixi, eləcə də klassiklərimiz barədə ətraflı məlumat verildi.
Ziyarətçiləri, xüsusilə şagirdləri maraqlandıran suallar cavablandırıldı və onlar böyük həvəslə muzeydə xatirə şəkilləri çəkdirdilər, rəy və təkliflər kitabına ürək sözlərini yazdılar.
Keçidlər