Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə 17 İyun - Tibb işçilərinin Peşə Bayramı Günü qeyd olunub.

17 iyun 2022 | 22:11

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimovun rəhbərliyi altında rayon rəsmiləri Heydər Əliyev Parkına gələrək Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.

Mərasim Vətənimizin bütövlüyü və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbiri giriş sözü ilə açan Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov tibb işçilərini peşə bayramı münasibətilə təbrik edərək, onlara çətin lakin şərəfli işdə uğurlar arzulayıb. Elxan İbrahimov çıxışında tibb işçilərinin istər koronavirus pandemiyası zamanı, istərsə də 44 günlük Vətən müharibəsində fədakarlığını vurğulayaraq bütün bunların dövlət başçısı tərəfindən də xüsusi qiymətləndirildiyini bildirib.

Tədbirdə tibb işçilərinin peşə bayramı günü münasibətilə rayonun bir qrup səhiyyə işçisinə uzunmüddətli və səmərəli fəaliyyətlərinə görə Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı tərəfindən fəxri fərmanlar və hədiyyələr təqdim olunub.

Tədbir rayon incəsənət ustalarının konsert proqramı ilə başa çatıb.

Keçidlər