Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmirdə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü qeyd olunub.

02 iyun 2023 | 17:54
Kürdəmir rayonunda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bayram tədbiri təşkil olunub.
Tədbir çərçivəsində məktəblilərin və mədəniyyət mərkəzinin dərnək üzvlərinin əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Uşaq İncəsənət Məktəbinin şagirdlərinin ifasında Ulu Öndər Heydər Əliyevin sevdiyi musiqilərdən ibarət konsert proqramı rayon sakinlərinə təqdim olunub.
Tədbirin sonunda rayonun icra başçısı Elxan İbrahimov uşaqlara təbriklərini çatdırıb, istedadları və bacarıqları ilə seçilən balacaları fəxri fərman və hədiyyələrlə mükafatlandırıb.
Keçidlər