Kürdəmirdə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid və qazi uşaqları ilə görüş təşkil edilib
01 iyun 2026 | 16:17
Kürdəmir Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə şəhid və qazi uşaqları üçün şənlik təşkil edilib.
Tədbirdə çıxış edən icra başçısı Elşən Həsənli uşaqları təbrik edib, ölkəmizdə uşaqların dövlət tərəfindən daim diqqət mərkəzində olduğunu bildirib. İcra başçısı şəhid və qazilərimizin ölkəmizin suverenliyi, torpaqlarımızın azadlığı uğrunda göstərdiyi şücaət barədə bəhs edib.
Tədbirdə uşaqlar üçün əyləncə təşkil edilib, animatorlar köpük şou nümayiş etdiriblər.






