Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir stansiyasının yenidənqurma işlərindən sonra fəaliyyətinin bərpa edilməsi və istifadəyə verilməsi mərasimi keçirilib.

17 aprel 2026 | 16:45
Stansiyanın açılışında Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli, “Azərbaycan Dəmir Yolları” QSC-nın sədr müavini Arif Ağayev, “Azərbaycan Dəmir Yolları” QSC-nın sədrinin müşaviri Aydın Əhədov, Millət vəkili Jalə Əliyeva və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər ölkədə nəqliyyat infrastrukturunun müasirləşdirilməsi və dəmir yollarının yenidən qurulması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu bildiriblər.
Qeyd edək ki, Kürdəmir istiqamətində sərnişin daşımaları müasir “Stadler” qatarları ilə həyata keçiriləcək və həftənin bütün günləri sərnişinlərə xidmət göstəriləcək. Uzun müddət sonra Kürdəmirə qatarla ilk rəmzi səfərin baş tutması bölgə sakinləri üçün əlamətdar hadisə olub.
Keçidlər