Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunun Yenikənd kəndində səyyar qəbul keçirilib.

12 may 2022 | 21:31

Mayın 12-də Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov növbəti səyyar qəbulunu Yenikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Yenikənd, Dəyirmanlı, Mürtülü və Təklə kəndlərinin sakinləri ilə keçirib.

Səyyar qəbulda kənd sakinləri bir sıra məsələlərlə bağlı rəy və təkliflərini veriblər. Səsləndirilən hər bir təklif və şikayətlər barədə müvafiq qurumlara tapşırıqlar verilib.

Qəbuldan sonra Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov səyyar qəbul zamanı  istismar müddətini başa vurmuş elektrik dirək və naqillərinin dəyişdirilməsi məsələsi ilə Təklə kəndində yerindəcə tanış olub, sakinlərin istəkləri ilə maraqlanıb, problemin həlli istiqamətində müvafiq tapşırıqlar verib.

Daha sonra Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov Yenikənd İƏD üzrə nümayəndəliyinin Yenikənd, Dəyirmanlı, Mürtülü və Təklə kəndlərində I Qarabağ müharibəsi və Vətən müharibəsi şəhidlərinin məzarlarını və ailələrini ziyarət edib. 

 

Keçidlər