Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunun Sığırlı kəndində səyyar qəbul keçirilib.

06 may 2022 | 08:29

Mayın 5-də Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov növbəti səyyar qəbulunu Sığırlı kəndinin sakinləri ilə keçirib.

Səyyar qəbulda kənd sakinləri təhsil, səhiyyə, elektrik enerjisi, suvarma və içməli su təchizatı, torpaq məsələləri, məşğulluq məsələləri, örüş sahələrinin ayrılması ilə bağlı rəy və təkliflərini veriblər. Səsləndirilən hər bir təklif və şikayətlər barədə müvafiq qurumlara tapşırıqlar verilib. Qaldırılmış məsələlərin bəziləri elə qəbul zamanı öz həllini tapıb.

Qəbuldan sonra Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov Sığırlı kəndində I Qarabağ müharibəsi, Aprel döyüşləri və Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət edib, onların problemləri və istəkləri ilə maraqlanıb.

Keçidlər