Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunun Qarabucaq kəndində səyyar qəbul keçirilib.

22 sentyabr 2022 | 17:45
Sentyabrın 22-də Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov növbəti səyyar qəbulunu Qarabucaq kəndinin sakinləri ilə keçirib.
Qəbul zamanı kənd sakinlərinin təklifləri dinlənilib, onları narahat edən məsələlərin bəziləri yerindəcə öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər ilə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilib.
Sonra İcra başçısı Qarabucaq kənd ümumi orta məktəbində təhsil alan Vətən müharibəsi şəhidi Mehdiyev Zahir Zakir oğlunun övladlarının təhsili ilə maraqlanıb, onlara dərslərində uğurlar arzulayıb.
Keçidlər