Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunun Mollakənd kəndində səyyar qəbul keçirilib

23 fevral 2023 | 17:15
Fevralın 23-də Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov Mollakənd kəndinin sakinləri ilə səyyar qəbul keçirib.
Qəbul zamanı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib, onları narahat edən məsələlərin bəziləri yerində öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər ilə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilib.
Səyyar qəbuldan sonra İcra başçısı Qacar Sadıqov adına Mollakənd kənd tam orta məktəbin müəllim və şagird kollektivi ilə görüşüb.
Görüş zamanı Elxan İbrahimov şagirdlərə yüksək bilik verməklə yanaşı onların vətənpərvər ruhda yetişdirməyin vacibliyini vurğulayıb. Məktəb rəhbərləri isə öz növbələrində son illərdə təhsildə əldə edilən nailiyyətlər barədə məlumat veriblər.
Keçidlər