Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunun icra başçısı pambıq sahəsinə və pambıq yığımına baxış keçirib.

28 oktyabr 2026 | 17:53
“Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin Kürdəmir rayonunda uğurlu və vaxtında icrasını təmin etmək məqsədilə tədbirlər davam etdirilir.
Bu çərçivədə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli rayonun Muradxan kəndi ərazisində “Vüqar Aqro” MMC tərəfindən becərilən pambıq sahəsinə baş çəkib, tarlada aparılan pambıq yığımı prosesinin gedişatı ilə yaxından tanış olub.
Sonda icra başçısı 2026-2030-cu illəri əhatə edən Dövlət Proqramı ilə bağlı qarşıya qoyulan tapşırıqların vaxtında və keyfiyyətlə icra olunması istiqamətində öz tövsiyə və tapşırıqlarını verib.
Keçidlər