Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunun Ərəbqubalı kəndində səyyar qəbul keçirilib.

27 may 2022 | 08:26

Mayın 26-da Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov növbəti səyyar qəbulunu Ərəbqubalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Ərəbqubalı, Çöl Qubalı və Məhərrəmli kəndlərinin sakinləri ilə keçirib.

Səyyar qəbulda kənd sakinləri bir sıra məsələlərlə bağlı rəy və təkliflərini veriblər. Səsləndirilən hər bir təklif və şikayətlər barədə müvafiq qurumlara tapşırıqlar verilib.

Qəbuldan sonra Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov şəhid məzarlarını ziyarət edib və onların ailələri ilə görüşüb.

Keçidlər