Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunun Ərəbqubalı kəndində səyyar qəbul keçirildi.

17 noyabr 2023 | 09:43
Noyabrın 16-da Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov növbəti səyyar qəbulunu Ərəbqubalı kəndinin sakinləri ilə keçirib.
Qəbul zamanı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib, onları narahat edən məsələlərin bəziləri yerində öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər ilə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilib.
Qəbuldan sonra icra başçısı Ərəbqubalı kəndində yenidən qurulan elektrik təsərrüfatına baxış keçirib.
Keçidlər