Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunun elektrik enerjisi təsərrüfatı yenilənir

15 oktyabr 2022 | 19:32

Kürdəmir rayonunun Atakişili kəndinin bir qrup sakini evlərə verilən elektrik gərginliyinin aşağı olmasına görə, Rayon İcra Hakimiyyətinə müraciət edib. Müraciətdən dərhal sonra “Azərişıq” ASC-nin əməkdaşları tərəfindən sözü gedən kəndə baxış keçirilib və yeni güc mərkəzinin yaradılması qərara alınıb. Nəticədə həmin əraziyə yeni 160 KVA transformator quraşdırılıb. Bununla da təxminən 50-yə yaxın evin işıq problem aradan qaldırıb.

Muğanlı kəndində isə 1 ədəd 100 KVA transformatorun yeri dəyişdirilərək mərkəzi əraziyə gətirilib. Bununla da Muğanlı kəndində 40 ev normal elektrik enerjisi ilə təmin olunub.

Keçidlər