Kürdəmir rayonunun Cəyli kəndində səyyar qəbul keçirilib.
10 mart 2023 | 11:21
Martın 9-da Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov Cəyli kəndinin sakinləri ilə səyyar qəbul keçirib.
Qəbul zamanı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib, onları narahat edən məsələlərin bəziləri yerində öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər ilə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilib.