Kürdəmir rayonunun Carlı kəndində səyyar qəbul keçirilib.
25 aprel 2022 | 17:30
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov növbəti səyyar qəbulunu Carlı kənd inzibati ərazi dairəsinin Quşlar və Carlı kəndlərinin sakinləri ilə keçirib.
Kənd sakinləri elektrik enerjisi və suvarma su təchizatı, torpaq məsələləri, kənd təsərrüfatı, məşğulluq məsələləri ilə bağlı rəy və təkliflərini veriblər.
Səsləndirilən hər bir təklif və şikayətlər barədə müvafiq qurumlara tapşırıqlar verilib. Qaldırılmış məsələlərin bəziləri elə qəbul zamanı öz həllini tapıb.
Səyyar qəbuldan sonra İcra Başçısı Vətən Müharibəsi Şəhidi İmamverdiyev Elnurun ailəsi, həm də məzarı ziyarət olunub.