Kürdəmir rayonunun Beyi kəndində səyyar qəbul keçirilib.
10 noyabr 2022 | 19:02
Noyabrın 10-da Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov növbəti səyyar qəbulunu Beyi kəndinin sakinləri ilə keçirib.
Qəbul zamanı kənd sakinlərinin şikayət və təklifləri dinlənilib, onları narahat edən məsələlərin bəziləri yerində öz həllini tapıb. Araşdırılması vacib olan məsələlər ilə bağlı isə müvafiq qurumlara tapşırıqlar verilib.