Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunun Axtaçı kəndində yeni modul tipli ümumi orta məktəb quraşdırılacaq.

19 sentyabr 2022 | 19:15

Kürdəmir rayonunun Axtaçı kəndində yeni modul tipli ümumi orta məktəb quraşdırılacaq

Azərbaycan Respublikasının ərazisində yeni modul tipli təhsil müəssisələrinin quraşdırılması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 19 sentyabr 2022-ci il tarixli Sərəncamına əsasən 15 yeni modul tipli tam orta məktəb quraşdırılacaq.

Həmin məktəblərdən biri Kürdəmir rayonunun Axtaçı kəndinin şagirdləri üçün nəzərdə tutulub.

Belə ki, Sərəncama əsasən Axtaçı kəndində 56 şagird yerlik yeni modul tipli məktəb quraşdırılacaq.

Keçidlər