Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunda Zəfər Günü təntənəli şəkildə qeyd edilib.

09 noyabr 2023 | 10:23
Kürdəmir rayonunda Zəfər Günü təntənəli şəkildə qeyd edilib.
Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
“Zəfər Günü” adlı konfransda əvvəlcə Ulu Öndərin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib. Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov, şəhid anaları Səhər xanım və Simuzər xanım, Vətən müharibəsi iştirakçısı Ayaz İsayev, Vətən müharibəsi qazisi Elnur Cəfərov və digər qonaqlar çıxışlarında müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə rəşadətli Ordumuzun əldə etdiyi böyük Zəfərin verdiyi qürurdan danışıb, iftixar gününə çevrilmiş Zəfər bayramı münasibətilə xalqımızı təbrik ediblər. Tədbir konsert proqramı ilə davam etdirilib.
Zəfər günü Kürdəmirdə atəşfəşanlıq təşkil olunub.
Keçidlər