Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunda yeni nar bağı salınıb

27 mart 2023 | 09:43
Kürdəmir rayonunda yeni nar bağı salınıb. Rayonun İcra Başçısı Elxan İbrahimov nar bağı salınan ərazilərdə olub, işlərin mövcud vəziyyəti ilə maraqlanıb, aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib. Bildirilib ki, "Finco” Məhdud Məsuliyyətli Cəmiyyətinin saldığı nar bağında yeni üsullu suvarma sistemləri quraşdırılıb. Şirkət tərəfindən salınan nar bağının ərazisi 200 hektar təşkil edir.
İcra başçısı qeyd edib ki, son illərdə dövlətin bu sahəyə olan dəstəyi əhalinin narçılığa marağını daha da artırıb.
Vurğulanıb ki, Kürdəmirdə ixracyönümlü məhsul istehsalının artırılması diqqət mərkəzindədir.
Keçidlər