Kürdəmir rayonunda qanvermə aksiyası keçirilib.
06 iyul 2022 | 19:12
İyulun 6-da Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının Ailə-Sağlamlıq Mərkəzində Kürdəmir Rayon İcra Hakimiyyətinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzi Qan Bankının birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçirilib.
Qanvermə aksiyasında Kürdəmir Rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilatların nümayəndələri, gənclər və ictimaiyyətin təmsilçiləri iştirak ediblər.
Gün ərzində davam edən humanitar aksiya çərçivəsində 160-dan çox könüllü donordan qan götürülüb.