Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunda narkomanlığa qarşı mübarizə işinin təşkili üzrə tədbir keçirilib.

19 may 2022 | 18:24

Kürdəmir Rayon Heydər Əliyev Mərkəzində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində tədbirlər keçirilib.

Tədbirdən əvvəl rayon üzrə müvafiq komissiyanın üzvləri ilə görüş keçirilib, müzakirələr aparılıb, onlara metodiki kömək göstərilməklə yanaşı, zəruri əyani təbliğat materialları təqdim olunub.

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupunun və Kürdəmir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə rayonun gənclər və idman idarəsinin, təhsil, polis şöbələrinin, Ağsaqqallar Şurasının nümayəndələri və rayon üzrə müvafiq komissiyanın üzvləri iştirak ediblər.

Tədbirdə işçi qrupunun əməkdaşı tərəfindən təqdimat əsasında slaydlarla narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri barədə zəruri məlumat verilib.

Sonda işçi qrupu tərəfindən hazırlanmış zəruri təbliğat materialları iştirakçılara paylanılıb.

Keçidlər