Kürdəmir rayonunda minifutbol turniri başa çatıb
16 may 2025 | 15:25
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş ümumtəhsil məktəbləri arasında keçirilən minifutbol turniri yekunlaşıb. 6–16 may tarixlərində Heydər Əliyev parkında baş tutan yarışlarda 16 komanda iştirak edib.
I yer – 5 saylı tam orta məktəb (R.Quliyev adına)
II yer – 1 saylı tam orta məktəb (T.İsmayılov adına)
III yer – Sığırlı kənd tam orta məktəbi (C.Əsgərov adına)
Kürdəmir RİH, Gənclər və İdman Sektoru, Təhsil Sektoru və DİİXİ Həmkarlar İttifaqı Kürdəmir rayon komitəsinin birgə təşkilatçılığı ilə keçirilən turnirdə qalib komandalar kubok və diplomlarla təltif olunub.