Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunda “Heydər Əliyev İli” çərçivəsində konfrans keçirilib

23 noyabr 2023 | 09:46
Noyabrın 22-də YAP Kürdəmir rayon Təşkilatının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.
Ulu Öndər Heydər Əliyevin abidəsinin ziyarəti ilə başlayan tədbirdə rayonun İcra başçısı Elxan İbrahimov, YAP-ın Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, partiyanın idarə heyətinin üzvü, professor Amin İsmayılov, Veteranlar Şurasının üzvü Nazim İsmayılov, Mərkəzi Aparatın məsul əməkdaşı Rəşad Abbaszadə və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, “Heydər Əliyev və 44 günlük Zəfər yolu” adlı film nümayiş etdirilib.
Konfransda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya fəallarına “Fəxri Fərman”lar və Yeni Azərbaycan Partiyasının üzvlüyünə yeni qəbul olunmuş bir qrup gəncə partiyanın üzvlük vəsiqələri təqdim olunub.
Keçidlər