Kürdəmir rayonunda Dövlət Qulluqçularının Peşə Bayramı qeyd olunub.
23 iyun 2025 | 20:41
Kürdəmir rayonunda Dövlət Qulluqçularının Peşə Bayramı qeyd olunub. Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov, aparatın əməkdaşları, icra nümayəndələri və xidmət sahələrinin işçiləri iştirak edib. İştirakçılar ilk olaraq Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Çıxış edənlər Prezident İlham Əliyevin dövlət qulluqçularına göstərdiyi diqqət və qayğıdan bəhs edib, rayonda görülən işlər müzakirə edilib. Fəaliyyəti ilə seçilən dövlət qulluqçuları mükafatlandırılıb.






