Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayonunda Dövlət Proqramının icrası ilə bağlı aqroparklarda və iri fermer təsərrüfatlarında monitorinq keçirilmişdir.

11 sentyabr 2026 | 18:41
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirilməsi nəzərdə tutulan işlərin monitorinqi keçirilmişdir.
11 sentyabr 2026-cı ildə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 6-ci ərazi sektorunun müdiri Ağa-Əli Əhmədov rayon ərazisində fəaliyyət göstərən aqroparklara, iri fermer təsərrüfatlarına və yeni intensiv meyvə bağlarına baxış keçirmişlər.
Baxışın keçirilməsində əsas məqsəd dövlət proqramlarının icrası, rayonun aqrar potensialının artırılması, intensiv kənd təsərrüfatı texnologiyalarının tətbiqi və istehsal göstəricilərinin yerində qiymətləndirilməsidir.
Baxış zamanı rayonda kənd təsərrüfatının inkişafı, məşğulluğun təmin edilməsi və istehsal həcminin artırılması istiqamətində aidiyyəti məsul şəxslərə müvafiq tapşırıq və tövsiyələr verilmişdir.
Keçidlər