Kürdəmir rayonunda 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib.
20 yanvar 2026 | 14:44
Bu gün Kürdəmirdə 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib. Rayon icra başçısı Elşən Həsənli, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-in əməkdaşları, YAP Kürdəmir rayon təşkilatının fəalları, təhsil və mədəniyyət işçiləri, rayon ictimaiyyətinin nümayəndələri “20 Yanvar” parkına gələrək "Ana harayı" abidəsinin önünə gül-çiçək dəstələri düzüb, daha sonra rayonun Şəhidlər Xiyabanında ucaldılmış “Şəhidlər” abidəsini ziyarət edib, şəhidlərin məzarlarının üzərinə çiçəklər qoyublar.






