Kürdəmir rayonunda 15 May - Beynəlxalq Ailə Günü münasibətilə “Ailə dəyərləri və gənclik” mövzusunda gənclərlə görüş keçirilib
15 may 2026 | 14:45
Kürdəmir Rayon İcra Hakimiyyəti və “Kürdəmir Gənclər evi” sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə 15 May - Beynəlxalq Ailə Günü münasibətilə “Ailə dəyərləri və gənclik” mövzusunda gənclərlə görüş keçirilib.
Tədbirdə Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin İctimai-siyasi və humanitar məsələlər sektorunun baş məsləhətçisi Xəyyam Səlimov və “Kürdəmir Gənclər evi” sosial xidmət müəssisəsinin əməkdaşı Tamara Həsənova mövzu ətrafında çıxış edərək ailə institutunun cəmiyyətdəki rolu, milli-mənəvi dəyərlərin qorunması və gənclərin bu istiqamətdə maarifləndirilməsinin vacibliyindən bəhs etmişlər.
Daha sonra Kürdəmir Gənclər evi sosial xidmət müəssisəsinin psixoloqu Şəlalə Hacıyeva tərəfindən “Ailə dəyərləri və gənclik” mövzusunda təqdimat nümayiş olunmuş, iştirakçılarla fikir mübadiləsi aparılmışdır. #AiləmizƏnGüclüDəyərimiz






