Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayon şəhidlərinin ordenləri ailə üzvlərinə təqdim edilib.

30 dekabr 2022 | 15:54
Prezident İlham Əliyevin 2022-ci ilin 5 noyabr tarixində təltif etdiyi Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş Kürdəmir rayon şəhidlərinin “3-cü dərəcəli Vətənə xidmətə görə” ordenləri ailə üzvlərinə təqdim edilib.
Təltif edilmiş şəhid hərbçilərin siyahısı:
Hüseynov Fərrux Baxış - baş leytenant
Quliyev Ramil Nuralı - baş gizir
Həşimli Cəmil Əflatun - gizir
Məmmədov Əli Əvəz - kiçik çavuş
Əliyev Adəm İlqar – MAHHXHQ əsgər
Bayramov Səid Eldəniz - əsgər
Əhmədov İlqar Xəqani - əsgər
Səlimov Şiralı Vüqar - əsgər
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Keçidlər