Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir rayon prokurorluğunun yeni inzibati binasının açılışı olub

07 fevral 2025 | 17:36
Açılış mərasimində Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev və Kürdəmir Rayon İcra Hakimiyyətinin Başçısı Elxan İbrahimov iştirak edib.
Tədbiri giriş sözü ilə açan Baş prokuror Kamran Əliyev qeyd edib ki, cəmiyyətdə özünəməxsus yer tutmaqla konstitusion statusa malik prokurorluq orqanları dövlət idarəetməsində mühüm əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi daimi diqqət və qayğıdan bəhs edən Baş prokuror dövlətə və dövlətçiliyə sadiq olan prokurorluq orqanlarının fəaliyyətində qanunçuluğu rəhbər tutduğunu qeyd edib.
Tədbirdə çıxış edən icra başçısı yeni inzibati binanın açılışı münasibətilə prokurorluq işçilərini təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Keçidlər