Kürdəmir Rayon İcra Hakimiyyətinin könüllüləri şəhər 5 saylı körpələr evi-uşaq bağçasında olublar.
02 iyun 2023 | 10:38
Kürdəmir Rayon İcra Hakimiyyətinin könüllüləri 1 İyun “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Kürdəmir şəhər 5 saylı körpələr evi - uşaq bağçasında olublar. Körpələri təbrik edən könüllülər uşaqlar üçün əyləncəli oyunlar təşkil edib, onlara hədiyyələr təqdim ediblər.