Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli Sahibkarlarla görüş keçirib.
24 aprel 2026 | 18:15
25 Aprel Sahibkarlar Günü və 2026-cı ilin Şəhərsalma və Memarlıq İli elan edilməsi ilə bağlı rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli bir qrup sahibkar ilə görüş keçirib. İlkin olaraq görüşdə Ulu öndər Heydər Əliyevin və cənab İlham Əliyevin sahibkarlara göstərdiyi diqqət və qayğını özündə əks etdirən videorolik izlənilib. Daha sonra görüşdə rayonunun iqtisadi potensialının reallaşdırılması istiqamətində müzakirələr aparılıb, o cümlədən Kürdəmirdə həyata keçirilən tədbirlər və görüləcək işlər barədə danışılıb, rayondakı biznes mühitinin, həmçinin yeni biznes imkanlarının araşdırılması təhlil edilib. Sonda xatirə şəkli çəkilib.






