Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli rayonun fəal gəncləri ilə görüş keçirib.

03 dekabr 2025 | 17:56
İcra başçısı gənclərlə söhbətdə vurğulayıb ki, onlar vətənpərvər, savadlı, məsuliyyətli, vicdanlı, mübariz olmalı, ölkəmizin inkişafı naminə daima çalışmalıdırlar. Gənclər dövlətin gənclərə göstərdiyi diqqət və qayğıya görə təşəkkür edib, rayonun ictimai-siyasi, sosial və mədəni həyatına dair təkliflərini səsləndiriblər. Daha sonra diskussiya şəraitində keçən görüşdə gəncləri maraqlandıran suallar cavablandırılıb, onların gələcəkdə rayonla bağlı ideya və layihələri müzakirə edilib.
Sonda gənclərə birlikdə xatirə şəkili çəkdirilib.
Keçidlər