Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli rayon ictimaiyyətinə təqdim edilib

13 noyabr 2025 | 17:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2025-ci il 12 noyabr tarixli Sərəncamına əsasən Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısı vəzifəsinə təyin edilmiş Həsənli Elşən Nazim oğlu noyabrın 13-də Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinə təqdim edilib.
Təqdimatdan sonra Elşən Həsənli Ulu Öndər Heydər Əliyevin abidəsini və Şəhidlər Xiyabanını ziyarət etmişdir.

Keçidlər