Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli bir qrup müəllimlərlə görüş keçirib.
22 aprel 2026 | 19:14
Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli respublikamızın müxtəlif rayonlarından olan, müəllimlərin işə qəbul imtahanı ilə rayonun ümumtəhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan müəllimlərlə görüş keçirib. Görüşdə müəllimlərin təklifləri dinlənilib, həmçinin qarşıda duran hədəflər müzakirə olunub. Eyni zamanda icra başçısı müəllimlərin dərs dediyi yerlərdə hər hansı çətinliklərinin olub-olmaması, həmçinin onların iş şəraiti ilə maraqlanıb. Sonda tədbir iştirakçıları ilə birlikdə xatirə şəkili çəkdirilib.






