Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında yüksək bal toplayan məzunlarla görüş keçirib.

09 sentyabr 2026 | 17:28
Görüşdən əvvəl Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, abidə önünə gül dəstələri qoyulub. Daha sonra Kürdəmir Rayon İcra Hakimiyyətində davam edən görüşdə rayon İcra Hakimiyyətinin başçısı ilə birlikdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin Kürdəmir rayon üzrə Təhsil sektorunun müdiri Rəfail Məmmədov, Elm və Təhsil işçiləri Həmkarlar İttifaqının Kürdəmir rayon Komitəsinin sədri Samir Şükürov iştirak ediblər.
Çıxış edənlər məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzu ediblər. Həmçinin bu il Kürdəmir Təhsil sektorun nailiyyətlərini, qazandığı uğurları vurğulayıblar. Görüşün sonunda tələbə adını qazanan gənclər Fəxri Fərmanla təltif edilib, hədiyyələr verilib.
Keçidlər