Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı “QLOBAL AQRO” MMC-ə baxış keçirib.

17 iyul 2026 | 11:02
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may 2026-cı il tarixində kənd təsərrüfatının inkişafı ilə bağlı keçirdiyi müşavirədə verdiyi tapşırıqların icrasını təmin etmək, aqrar və su təsərrüfatı sahəsində aparılan yeniliklərlə yaxından tanış olmaq, həmçinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin rayonda uğurlu icrasını təşkil etmək məqsədilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli Pirili kəndində fəaliyyət göstərən “QLOBAL AQRO” MMC-nin siloslarına (yem anbarlarına) və sahələrdə torpağın hamarlanması məqsədilə aparılan müasir lazer malalama işlərinə yerində baxış keçirib.
Baxış zamanı sahələrin suvarma və əkinə hazırlanması prosesi, eləcə də saxlama infrastrukturunun mövcud vəziyyəti ilə bağlı geniş fikir mübadiləsi aparıb.
Sonda icra başçısı 2026-2030-cu illəri əhatə edən Dövlət Proqramı ilə bağlı qarşıya qoyulan tapşırıqların vaxtında və keyfiyyətlə icra olunması istiqamətində öz tövsiyə və tapşırıqlarını verib.
Dövlət başçısının müəyyən etdiyi strateji xəttə uyğun olaraq, Kürdəmir rayonunda kənd təsərrüfatının inkişafı və məhsuldarlığın yüksəldilməsi istiqamətində nəzarət tədbirləri davam etdiriləcəkdir.
Keçidlər