Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı günəbaxan sahəsinə və taxıl anbarına baxış keçirib.
04 iyul 2026 | 11:08
25 may 2026-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə dövlət başçısı tərəfindən verilən tapşırıq və tövsiyələrin icrası Kürdəmir rayonunda diqqət mərkəzində saxlanılır.
Sözügedən tapşırıqların operativ və vaxtında yerinə yetirilməsini təmin etmək məqsədilə, Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli rayonun Qarasu kəndində günəbaxan sahəsinə və taxıl anbarına yerində baxış keçirib.
Baxış zamanı rayonda aqrar sektorun mövcud vəziyyəti, xüsusilə pambıqçılıq, taxılçılıq və digər prioritet sahələrdə görülən işlər, suvarma suyunun səmərəli bölüşdürülməsi və məhsuldarlığın artırılması istiqamətində atılan addımlar yaxından nəzərdən keçirilib. Rayon rəhbəri yerli təsərrüfatçılar və məsul şəxslərlə görüşərək, cənab Prezidentin tapşırıqlarına uyğun olaraq işlərin daha da sürətləndirilməsi, qarşıya çıxan çətinliklərin operativ həlli və aqrar potensialdan maksimum səmərəli istifadə olunması ilə bağlı konkret tapşırıqlarını verib.
Dövlət başçısının müəyyən etdiyi strateji xəttə uyğun olaraq, Kürdəmir rayonunda kənd təsərrüfatının inkişafı və məhsuldarlığın yüksəldilməsi istiqamətində nəzarət tədbirləri davam etdiriləcəkdir.






