Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Elşən Həsənli 98 yaşlı Gülməmməd babanın qonağı olub.
13 fevral 2026 | 17:14
Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Elşən Həsənli 98 yaşlı Gülməmməd babanın qonağı olub. Rayonun fəal gəncləri ilə birlikdə qonaq olan icra başçısına Gülməmməd Mövlayevin uzun illər ticarət sahəsində çalışdığı, əmək fəaliyyəti dövründə məsuliyyətli və qabaqcıl işçi kimi tanındığı bildirilmişdir. 10 övlad, 26 nəvə və 28 nəticə sahibi olan Gülməmməd baba rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənlinin onun ailəsində olduğu üçün təşəkkür etmiş, rayon rəhbərinin ahıl insanlara göstərdiyi diqqət və ehtirama görə minnətdarlığını bildirmişdir.






