Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı bostan sahələrinə baxış keçirib.

07 iyul 2026 | 17:16
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 25 may 2026-cı il tarixində kənd təsərrüfatının inkişafı ilə bağlı keçirdiyi müşavirədə verdiyi tapşırıqların icrasını təmin etmək, aqrar və su təsərrüfatı sahəsində aparılan yeniliklərlə yaxından tanış olmaq, həmçinin “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”ndan irəli gələn vəzifələrin rayonda uğurlu icrasını təşkil etmək məqsədilə Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elşən Həsənli bostan sahələrinə baxış keçirib.
Baxış zamanı rayonda kənd təsərrüfatının ənənəvi və gəlirli sahələrindən olan bostançılığın mövcud vəziyyəti, məhsuldarlıq göstəriciləri və fermerlərin qarşılaşdıqları məsələlər yerindəcə araşdırılıb.
2026–2030-cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində Kürdəmir rayonunda kənd təsərrüfatı məhsullarının həm istehsalı, həm də emalı zəncirinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlərin davam etdirilməsi nəzərdə tutulur.
Keçidlər