Kürdəmir gəncləri üçün Kür çayı sahilində birgünlük yay düşərgəsi təşkil olunub.
16 iyul 2022 | 12:53
Kürdəmir Rayon Gənclər və İdman İdarəsinin, Mərkəzi Aran Regional Təhsil İdarəsinin Kürdəmir rayonu üzrə təhsil sektorunun və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Kürdəmir nümayəndəliyinin birgə təşkilatçılığı ilə gənclərin və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili və hərtərəfli inkişafının təmin edilməsi məqsədilə Kürdəmir rayonunun Şüşün kəndində bir günlük yay düşərgəsi təşkil olunub.
Şüşün kəndinin fəal gənclərinin də qatıldığı düşərgədə iştirakçılara Kür çayı haqqında ətraflı məlumat verilib, gənclərin təqdimatları dinlənilib. Sonra gənclər arasında şahmat, voleybol yarışları və turist çadırlarının quraşdırılması oyunu keçirilib.