Şriftin ölçüsü :

Saytın rəngi :

Kür çayının sahilində yay düşərgəsi təşkil olunub.

07 iyul 2023 | 12:40

Kürdəmir Rayon İcra Hakimiyyətinin və rayonun Gənclər və İdman idarəsinin birgə təşkilatçılığı ilə iyulun 5-də gənclərin asudə vaxtlarının səmərəli təşkili və hərtərəfli inkişafının təmin edilməsi məqsədilə Kür çayının sahilində Şüşün kəndində yay düşərgəsi təşkil olunub. Şüşün kəndinin ən xoş və məzərəli yerində salınmış düşərgədə rayon gəncləri ilə bərabər kəndin fəal gəncləri və rayonun icra hakimiyyətinin könüllüləri də iştirak ediblər. Gənclər arasında şahmat, dama, domino, voleybol yarışları və turist çadırlarının quraşdırılması oyunu keçirilib. Düşərgənin sonunda gənclərin təşəbbüsü ilə ağaclara quş evləri asılıb, həmin ərazi tullantılardan təmizlənib, düşərgədə fəal iştirak edən gənclərə sertifikatlar təqdim olunub.

Keçidlər