Şriftin ölçüsü :

Saytın rəngi :

Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin icrası barədə Kürdəmir rayonunda tədbir keçirilib.

10 mart 2023 | 09:27
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin icrası barədə Kürdəmir rayonunda tədbir keçirilib.
Tədbiri açan rayonun icra başçısının müavini Ağali Kərimli və digər qonaqlar korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsində görüləcək tədbirlərin vacibliyini vurğulayıblar.
Həmçinin, korrupsiyanın fəsadları və bu sahədə görülmüş işlər barədə dinləyicilərə ətraflı məlumat verilib. Qeyd edilib ki, vəzifəli şəxslər vətəndaşların qəbulu və müraciətlərinə baxılması zamanı qanunların tələblərinə əməl etməli və intizamın gücləndirilməsi üçün müvafiq tapşırıqları həyata keçirməlidir.
Tədbirin yekununda Korrupsiyanın fəsadları barədə dinləyiciləri maraqlandıran suallar cavablandırılıb.
Keçidlər