Könüllülər Kür çayının sahilində “Çevrəmizi təmiz tutaq” adı altında tədbir keçiriblər.
11 sentyabr 2023 | 09:40
Kürdəmir Rayon İcra Hakimiyyətinin könüllüləri Kür çayının sahilində yerləşən Türkədi kəndində “Çevrəmizi təmiz tutaq” adı altında tədbir keçiriblər. Könüllülər qabaqcadan müəyyən edilmiş ərazini tullantılardan təmizləyib, daha sonra isə əyləncələr təşkil edib, maraqlı gün keçiriblər. Tədbirdə istirahət üçün gedilən məkanların təmiz saxlanılmasının ətraf-mühit üçün vacibliyi vurğulanıb.