"Konstitusiya və Suverenlik ili" və 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə silsilə tədbirlər çərçivəsində Kürdəmir rayonunun Xırdapay kəndində ağacəkmə aksiyası təşkil olunub.
04 noyabr 2025 | 17:25
"Konstitusiya və Suverenlik ili" və 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə silsilə tədbirlər çərçivəsində Kürdəmir rayonunun Xırdapay kəndində ağacəkmə aksiyası təşkil olunub.
Tədbirdə rayon rəhbərliyi, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Aksiya çərçivəsində eldar şamları əkilib. Əkilən ağacların suvarılması və qulluq işləri nəzarətdə saxlanılır.






