“Konstitusiya və Suverenlik ili” çərçivəsində Kürdəmirdə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib.
26 may 2025 | 15:29
“Konstitusiya və Suverenlik ili” çərçivəsində Kürdəmirdə 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə YAP-ın Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov, rayonun icra başçısının müavini Ağali Kərimli, hüquq-mühafizə orqanlarının əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, eləcə də rayon ictimaiyyətinin fəal üzvləri iştirak ediblər. Çıxışlarda Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay mövcud olmasına baxmayaraq, xalqımızın dövlətçilik tarixində silinməz iz qoyması, Şərqdə ilk demokratik və hüquqi dövlət nümunəsi kimi tanınması qeyd olunub. Bildirilib ki, məhz bu irs müasir Azərbaycan dövlətçiliyinin əsasını təşkil edir.